AZ

“Döngə” qrupu Türkiyədə konsert verdi

Azərbaycanlılardan ibarət rok qrupu “Döngə” Antalyada konsert verib.

OLAY yazır ki, qrup üzvləri həm öz bəstələdikləri mahnıları, həm də köhnə rok məktəbinin mahnılarını tamaşaçılara təqdim ediblər. Konsert yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Qrupun solistləri Fərid Məmmədov və Nərmin Behbudova qardaş ölkədə çıxış etməkdən məmnun olduqlarını və yerli tamaşaçıların Azərbaycan qədər yaxın olan qonaqları çox səmimi qarşıladığını bildiriblər.

“Ümid edirik ki, bu, Türkiyədəki son konsertimiz olmayacaq və hər iki ölkədəki pərəstişkarlarımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə, qrupun solistləri qeyd ediblər.

Onlar həmçinin yaxın zamanda yeni layihə təqdim etməyi planlaşdırdıqlarını da bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
olay.az

1Mənbələr