AZ

Gürcüstanda dövlət çevrilişi hazırlanır

Xarici qüvvələr Gürcüstanda dövlət çevrilişi etməyə çalışırlar.

Publika.az xəbər verir ki, bunu Tiflis meri və hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze “Rustavi 2” telekanalının efirində deyib.

“Əlbəttə, ölkədə dövlət çevrilişi, inqilab etmək üçün kənardan cəhdlər var. Buna hətta mitinqə gələn o əcnəbiləri misal göstərmək olar. Bu, dostluq deyil, düşmənçilikdir, ölkədə qütbləşmə yaratmaq cəhdidir”, - Kaladze bildirib.

Tiflis meri "mitinqə gələn o əcnəbilər" deyərkən, görünür, İslandiya, Litva, Estoniya və Latviyanı nəzərdə tutur. Mayın 15-də bu ölkələrin xarici işlər nazirləri “Xarici agentlər haqqında” qanunu müzakirə etmək üçün Tbilisiyə işgüzar səfərə gəliblər. Onlar Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə görüşüblər. Həmin gün xarici işlər nazirləri tribunadan etirazçılara müraciət edərək xarici agentlər qanununa qarşı mitinqdə iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
2
publika.az

3Mənbələr