AZ

İrandan Avstraliyaya: "Bu sanksiyalar qanunsuzdur"

İran Avstraliyanın Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası verib. 

Bakıvaxtı.az "Sozcu"yə istinadən bildirir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanata görə, Kanberra hökumətinin İranın yüksək vəzifəli şəxslərini və bəzi qurumlarını hədəf alan sanksiyaları qanunsuz və məsuliyyətsizlikdir. 

"Tehran sanksiyalara cavab vermək hüququnu özündə saxlayır". - deyə İran Avstraliyaya xəbərdarlıq edib.

Qeyd edək ki, mayın 14-də Avstraliya Xarici İşlər Nazirliyi İranın sabitliyi pozan hərəkətlərinə cavab olaraq, müdafiə naziri Məhəmməd Rza Aştiyani və Qüds qüvvələrinin komandanı İsmayıl Qaani daxil olmaqla, 5 yüksək vəzifəli İran rəsmisinə sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
bakivaxti.az

1Mənbələr