AZ

ABŞ AIM-9X raketlərinin Rumıniyaya satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 340.8 milyon dollar dəyərindəki AIM-9X “Sidewinder” Block II raketlərinin Rumıniyaya satışını təsdiq edib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 300 ədəd “hava-hava” tipli AIM-9X “Sidewinder” Block II raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “RTX Corporation” şirkəti çıxış edəcək.

Qeyd edilib ki, AIM-9X raketləri Rumıniya Silahlı Qüvvələrinin F-16 döyüş təyyarələri tərəfindən istifadə olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
poliqon.az

1Mənbələr