AZ

Aysun: ”Hər qadın xoşbəxt ola bilmir”

Gənc ifaçı Aysum İsmayılova ailəsindən danışıb.

Adalet.az bildirir ki, o, ailəni qorumağı çox çətin iş hesab edir:

“Ailəni qoruyub-saxlamaq çox-çox çətin işdir. Hər qadın və ya hər kişi bu işin öhdəsindən yaxşı gələ bilmirlər. Ailə məsuliyyət deməkdir. Xüsusən də sənətçi üçün ailə həddindən artıq çətin mövzudur. Ancaq bütün bu çətinliklər qarşısında ailəmi qorumağa çalışıram. Ailə mənim üçün hər şeydir. Əgər bir qadının yanında möhkəm xarakterli bir kişi varsa, demək o qadın xoşbəxtdir. Hər qadın ailə qura bilər, amma hər qadın xoşbəxt ola bilmir”.

Qeyd edək ki, Aysun İsmayılova ötən ilin dekabr ayı Ramil Vəliyev adlı bəylə ailə həyatı qurub.

Əntiqə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
adalet.az

1Mənbələr