AZ

Ödənişə görə taksi sürücüsünə atəş açdı:onu tapana 5100 manat mükafat - VİDEO

ABŞ-də sərnişin gediş haqqına görə taksi sürücüsünə atəş açıb. Avtosfer.az xəbər verir ki, hadisə günün erkən saatlarında Nyu-York ştatında baş verib.

Məlumata görə, “Bronks Bulvarı”ndan “Carpenter” prospektinə sifariş verən şəxs üçün taksi gəlib. Sifariş verilən ünvana çatan taksi sürücüsü, gediş haqqı üçün onun 17 dollar (red. təxminən 29 manat) ödəməli olduğunu deyib. Bundan narazı qalan sərnişin sürücü ilə mübahisə etməyə başlayıb. Bir müddət sonra isə hərəkətdə olan avtomobildən qaçaraq düşüb və yanında gəzdirdiyi silahla avtomobilə 5 əl atəş açıb.

Ştatın Taksi Sürücüləri Federasiyasından bildirilib ki, hadisənin görüntüləri avtomobilin salonunda quraşdırılan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb:

“Sərnişin maskalı olub və hadisə yerindən qaçmağı bacarıb. Hazırda o, axtarılır. Onu görüb tanıyan və yaxud da onunla bağlı məlumat verən şəxsə 3000 (red. 5100 manat) dollar mükafat veriləcək”.

Qeyd edilir ki, insident zamanı 26 yaşlı taksi sürücüsü (Eufeliks Jiminian) xəsarət almayıb. Lakin maşına ziyan dəyib, güllə izləri var.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
avtosfer.az

1Mənbələr