AZ

Maaşla bağlı xüsusi proqram hazırlanır - Millət vəkili

Minimum əmək haqqı ilə bağlı müəyyən proqramlar hazırlanır. Ölkəmizdə bu məbləğ 345 manatdır. İnflyasiyaya uyğun olaraq dəyişməlidir. Yaxşı ki, hələ bizdə birinci rübdə inflyasiya yoxdur. Faktiki sıfır səviyyəsindədir. Statistika Komitəsinin rəqəmlərinə əsasən deyirəm. Lakin qeyri-statistik rəqəmlərə görə, inflyasiya müəyyən qədər var. Keçən il 8.8 faiz olub. Ona görə də minimum əmək haqqına baxılmasına ehtiyac yaranır.

Bu sözləri Axar.az-a millət vəkili Vahid Əhmədov minimum əmək haqqının artırılacağı ilə bağlı yayılan fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu məsələyə gələn ilin büdcəsinin müzakirəsi zamanı baxılacaq:

“Biz bu il üçün büdcəni təsdiq etmişik. May-iyun aylarında büdcəyə yenidən baxılması mümkündür. Neftin qiymətinin artması ilə bağlı əlavə vəsait daxil olub, ona görə büdcəyə yenidən baxıla bilər. Amma qeyd etdiyim kimi, bir məsələ var ki, xüsusi proqram üzərində iş gedir. Yəqin ki, Milli Məclisə təqdim edəcəklər, onda bununla bağlı məsələyə baxılacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
axar.az

3Mənbələr