AZ

"Real" işə düşüb: Karyerasını bitirən futbolçuya görə pul ödəyəcək

Eden Azarın artıq təqaüdə çıxmasına və bu mövsüm oynamamasına baxmayaraq, Madrid klubunu narahat etməkdə davam edir.

Publika.az xəbər verir ki, İspaniya təmsilçisi 2019-cu ildə klublar arasında əldə olunan razılaşmaya əsasən, "Çelsi"yə 6 milyon avro ödəməyə məcburdur. Bu barədə "The Telegraph" məlumat yayıb.

Hazardın artıq futbol oynamamasına baxmayaraq, müqavilənin şərtlərinin hələ də qüvvədə olduğu bildirilir. Madridlilər Çempionlar Liqasının finalına vəsiqə qazandıqları üçün pul ödəməli olacaqlar.

Qeyd edək ki, "Real" "Bayern"i məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. İyunun 1-də baş tutacaq final matçında "qalaktikos"un rəqibi Dortmund "Borussiya"sı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
publika.az

1Mənbələr