AZ

Vardanyanın həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib

Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” olan Ruben Vardanyanın həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub. Bu barədə Report xəbər verib.
 
Bildirilib ki, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır.
 
Bundan öncə yanvarın 25-də onun həbs müddəti 4 aylıq uzadılıb. 

Erməni mətbuatında Ruben Vardanyan aprelin 5-dən  aclıq aksiyasına başladığı söylənilib.

2023-cü il sentyabrın 27-də Azərbaycanın sərhəd xidməti Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçmaq istəyərkən saxlayıb və barəsində  həbs qətimkan tədbiri seçilib.
 
Vardanyan bir neçə maddə üzrə, o cümlədən terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirakda ittiham olunur. Onu 14 ilə qədər həbs gözləyir.

Ruben Vardanyan "Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, Skolkovo biznes məktəbinin təsisçisidir. O, Forbes jurnalına görə, Rusiyanın ən varlı adamları siyahısına daxil edilib.
 
2022-ci ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edib və Xankəndinə gələrək separatçl rejimə rəhbərlik etməyə başlayıb.  O, 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına kimi qondarma Dağlıq Qarabağ Respublikasının hökumət başçısı olub.
 
Vardanyanın oğlu bildirib ki, "onun yanvarda gözlənilən məhkəməsi maya  təxirə salınıb”.

Hazırda Vardanyan, qondarma rejimin keçmiş "liderləri” ilə birlikdə Bakıda həbsdədir. Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
 
Aygün
 

 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
anews.az

2Mənbələr