AZ

Binalarda texnoloji həllərin istifadə edilməsi enerji istifadəsini azaldacaq - Safder Nazir

Bakı. Trend:

Bərpaolunan enerji ilə təmin edilən məlumat mərkəzləri səmərəliola bilər.

Trend xəbər verir ki, bu barədə Huawei Rəqəmsal SənayeMükəmməllik Mərkəzinin rəhbəri Safder Nazir “GSMA M360 Eurasia2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlimöhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanıdeyib.

O bildirib ki, sənayelər üçün öhdəliklərini başa düşmək çətinolur.

“Şirkətlər öz kampuslarını sıfır emissiyaya endirməlidir.Binalarda texnoloji həllərin istifadə edilməsi enerji istifadəsiniazaldacaq. Biz texnologiya ilə hər bir alətin nə qədər enerjiistifadə etdiyini və süni intellektlə bunu azaltmağın yolunutapmağa nail olmuşuq.

Hökumətlər biznes şirkətlərini bu işə təşviq etməlidir”,- deyə obildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan RespublikasınınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “AzercellTelekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyalarıətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq vəregional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyiciqurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm dədigər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçünbütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyətihaqqında danışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
az.trend.az

1Mənbələr