AZ

Azərbaycanlı futbolçuların oynadığı klublar Superliqaya vəsiqə uğrunda pley-off matçına çıxacaqlar

Azərbaycanlı futbolçuların oynadığı klublar Türkiyə Superliqasına vəsiqə uğrunda pley-off matçına çıxacaqlar.

"Report"un məlumatına görə, I Liqada pley-off mərhələsi bu gün başlayacaq.

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" I turda "Bodrumspor"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Yığmanın digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor" isə "Çorum"un müqavimətini qırmağa çalışacaq. Bu görüş saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu qarşılaşmalarda qalib gələn komandalar bir-birinə rəqib olacaqlar. Həmin matç isə mayın 20-də gerçəkləşəcək. Bu dueldə sevinən tərəf isə mayın 30-da finalda "Sakaryaspor"la üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
1
report.az

7Mənbələr