AZ

VAR tətbiqi ləğv olunur?

"Video Assistant Referee" (VAR) tətbiqi ilk dəfə İsveçdə təqdim edilib.

Offsideplus.az xəbər verir ki, o, növbəti mövsümdə dünyanın ən yaxşı liqası sayılan Premyer Liqada olmaya bilər.

Premyer Liqa komandaları VAR-ın növbəti mövsümdə davam edib-etməyəcəyini müzakirə etmək üçün bir araya gələcək. Klubların verdiyi səsə əsasən VAR tətbiqinin davam edib-etməyəcəyi müəyyənləşəcək.

Premyer Liqa rəhbərliyi VAR-ın davam etməsini istəsə də, bütün klublar eyni fikri paylaşmır. "Vulverhempton" hesab edir ki, VAR azarkeşlər və komandalar arasında futbol münasibətlərini korlayır.

Klublar VAR-ı ləğv etməyə daha yaxındır, çünki VAR-a baxmayaraq səhvlər davam edir və qərarlar daha az obyektiv olur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
offsideplus.az

1Mənbələr