AZ

Ekvadorda ad günü şənliyinə hücum altı nəfərin həyatına son qoyub

Ekvadorda

Bakı, 16 may, AZƏRTAC

Ekvadorun Duran şəhərində ad günü şənliyinin iştirakçıları silahlı şəxslərin hücumuna məruz qalıb. İnsident nəticəsində azı altı nəfər ölüb, daha altı nəfər isə yaralanıb.

AZƏRTAC “China.org” saytına istinadla xəbər verir ki, hücum şəhərin Abel Gilbert rayonunda baş verib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, yanvar ayında Ekvador prezidenti Daniel Noboa narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli mütəşəkkil cinayətkarlığın artması səbəbindən ölkənin "daxili silahlı qarşıdurma" vəziyyətində olduğunu bildirib. Təhlükəsizlik qüvvələrinə “terrorçu” kimi təsnif olunan 22 cinayətkar dəstənin ləğv edilməsi əmri verilib.

Rəsmi məlumatlara görə, 2023-cü ildə Duran şəhərində hər 100 min sakinə 145-dən çox qətl hadisəsi qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
azertag.az

1Mənbələr