AZ

Çin-Rusiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Bu gün Rusiya prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının paytaxtı Pekinə səfəri başlayıb. Bu, Putinin prezident seçilməsindən sonra xaricə ilk səfəridir. Putinin yenidən prezident vəzifəsində ilk xarici səfərini Çinə etməsi onun əvvəlki kimi Pekinlə münasibətini daha da inkişaf etdirmək niyyətində olduğunu bir daha təsdiq edir.

Qeyd edək ki, Putin Pekində Çin rəhbərləri tərəfindən yüksək təmtəraqla qarşılanıb. Qarşılanma mərasimindən sonra Çinin dövlət başçısı Si Sinpinlə Putin arasında görüş başlayıb.

Putinin Çinə səfəri iki gün davam edəcək.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
oxumeni.az

1Mənbələr