AZ

Rusiya Federasiyası və Gürcüstan hökumətlərinə müraciət olunacaq

Rusiyanın Gürcü İcmasının Forumunun iştirakçıları Rusiya Federasiyası və Gürcüstan hökumətlərinə yığılmış bir sıra məsələlərin həlli üçün ölkələr arasında birbaşa dialoqa başlamaq zərurətinin tələbi ilə müraciət edəcəklər.

Herbiand.az xəbər verir ki, bunu jurnalistlərə Federal Gürcüstan Milli-Mədəni Muxtariyyətinin prezidenti David Tsetsxladze deyib.

Onun sözlərinə görə, mayın 12-dən 14-dək Moskvada keçirilən Rusiyanın Gürcü İcmasının dördüncü illik Forumunda belə qərar verilib:

“Forum iştirakçıları yekdilliklə Gürcüstan və Rusiya hakimiyyət nümayəndələrinin bu onilliklər ərzində yığılmış problemlərin həlli üçün birbaşa dialoqa başlamasına səs verdilər”.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
herbiand.az

1Mənbələr