AZ

Əfv Komissiyasında neçə müraciətə baxılıb? -

İndiyə qədər Əfv Məsələləri Komissiyasında 600-ə yaxın müraciətə baxılıb. Bu Metbuat.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, müraciətlərə baxılması davam edir:"İndiyə qədər Əfv komissiyasının 5 iclası keçirilib və 600-ə yaxın müraciətə baxılıb. Hələ də müraciətlərə baxılması davam edir. Kimin əfv olunmasını isə biz bilə bilmərik. Çünki bu, konseptual xarakter daşıyır. Əfvetmə komissiyası haqqında əsasnamə var. O əsasnamədə məhkumlar tərəfindən müraciətlərə baxılarkən hansı məsələlər diqqətə alınmalıdır, aydın şəkildə göstərilib. O məsələlər əsas götürülərək və humanizm prinsipinə söykənərək rəylər hazırlanır. Bu rəylər cənab Prezidentə təqdim olunur. Qərar vermək isə artıq Prezidentin səlahiyyətidir".Xatırladaq ki, may ayında əfv sərəncamının imzalanması gözlənilir.

Seyranə Quliyeva / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
37
metbuat.az

10Mənbələr