AZ

Şoyqudan yeni postunda ilk açıqlama - Video

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu yeni vəzifəsində ilk açıqlama verib və bu postda əsas tapşırıqlarının nədən ibarət olacağını bildirib.

“Qafqazinfo” xəbər verir ki, S.Şoyqu bu barədə rusiyalı jurnalist Pavel Zarubinə danışıb. 

Onun sözlərinə görə, yeni postunda onun əsas vəzifəsi Ukraynada həyata keçirilən xüsusi hərbi əməliyyat olaraq qalır:

“Hansısa bir tapşırığı seçmək çətindir, lakin əsas tapşırıq əvvəlki kimi xüsusi hərbi əməliyyatdır. Hesab edirəm ki, bu, bizim hamımız üçün əsas tapşırıqdır”.

Xatırladaq ki, mayın 12-də Rusiya Prezidenti Vladimir Putin Sergey Şoyqunu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edib. O bu vəzifədə Nikolay Patruşevi əvəz edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
qafqazinfo.az

5Mənbələr