AZ

"Bank VTB Azərbaycan"ın Müşahidə Şurasına təyinat olub

​"Bank VTB Azərbaycan" ASC-nin rəhbərliyinə yeni təyinat olub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, səhmdarların qərarı ilə Qafarov İlham Qafar oğlu Bankın Müşahidə Şurasının (MŞ) müstəqil üzvü seçilib.

Bununla da, ​"Bank VTB Azərbaycan"ın MŞ-nin tərkibi dörd nəfərdən ibarət olub. Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Bortnikov Denis Aleksandroviç, MŞ-nin digər üzvləri isə Tsaryov Serqey Vladimiroviç və Dyaçenko Andrey Nikolayeviçdir.

Xatırladaq ki, yeni qanunvericiliyin tələblərinə əsasən bankların Müşahidə Şuralarına müstəqil üzv təyin edilməlidir. Banklar da bunu nəzərə alaraq MŞ-yə müstəqil üzv seçirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
6
apa.az

7Mənbələr