AZ

Paşinyana rəqib çıxdı – “Baş nazir olmaq qərarına gəlmişəm”

Revanşist hərəkatın rəhbəri, keşiş Baqrat Qalstanyan baş nazirliyə namizəd olmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Baqrat dünən İrəvanda bir sıra siyasi qüvvələrlə görüşüb. Keşiş onlara bildirib ki, uzun müzakirələrdən sonra baş nazirliyə namizəd olmaq qərarı verib.

Baqrat eyham vurub ki, sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın namizədliyi hərəkatın uğursuzluğu (artıq fiaskoya uğrayıb) ilə nəticələnməsi riski daşıyır.

Keşişin bu görüşdə məqsədi siyasi-ictimai dəstək alaraq, parlamenti ikili vətəndaşların Ermənistan baş nazirliyinə namizəd kimi irəli sürülməsini qadağan edən müddəasını dəyişdirməyə çağırmaqdır. Baqratın Ermənistanla yanaşı, Kanada vətəndaşlığı var.

Bəzi revanşist qüvvələr bu yöndə razılıq versələr də, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının buna getməyəcəyi gözlənilir.

Konstitusiya normasının dəyişdirilməsi üçün deputatların üçdə ikisinin səsi tələb olunur. Köçəryan və Sərkisyanın parlamentdəki “Ermənistan” və “Şərəfim Var” fraksiyalarının belə bir dəyişiklik üçün yetərli səsləri yoxdur, üstünlük Baş nazir Nikol Paşinyanın partiyasının tərəfindədir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
teleqraf.com

1Mənbələr