AZ

“Erməni indi də sülhlə yox, təbliğatla məşquldur“- Anar İsgəndərov

"Ermənistan beynəlxalq aləmdə özünü ədalətli dövlət kimi göstərməyə çalışır".

 Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov bunu News365.az-a deyib:

"Bu gün erməni dünyada elə bir imic qazanmaq istəyir ki, guya sülh bağlamağa hazır olan erməni tərəfidir.  Ancaq elə Qazaxıstanda Alma-atada olan danışıqlarda göstərdiki hələ erməni daha çox təbliğatla məşquldur. Azərbaycan tərəfi faktiki olaraq sülh müqaviləsini necə imzalanmalıdır, neçə maddədən ibarətdir, hansı şərtlərdən ibarətdir bunu erməni tərəfə veribdir. Amma erməni tərəf özünü daha çox beynəlxalq aləmdə ədalətli bir dövlət kimi göstərməklə məşquldur. Azərbaycan dövlət başçısı dönə-dönə qeyd etdi ki, sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır"- deyə əlavə edib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
news365.az

1Mənbələr