AZ

Jurnalisti vuran erməni polis karikatura qəhrəmanı oldu - FOTO(VİDEO)

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Paytaxt İrəvanda keçirilən aksiyalar zamanı polislə etirazçılar, eləcə də media nümayəndələri arasında insidentlər yaşanır.

Ümumilikdə isə son günlər Ermənistanda əsas müzakirə olunan mövzulardan biri də polis zorakılıqlarıdır. Bu barədə yerli media maraqlı yazılar dərc edir. Məsələn, "Medialab" iki gün öncə aksiyada telejurnalistin üstünə maşın sürən polisin vəhşiliyini xatırladıb. Nəşr hətta bununla bağlı karikatura da dərc edib. Karikatura sosial şəbəkələrin erməni seqmentində də gündəmə çevrilib.

Qeyd edək ki, "Mediahub.am" saytının jurnalisti Nare Gevorkyanı Respublika meydanda “Vətən uğrunda Tavuş” hərəkatının aksiyasını işıqlandırarkən polis maşını vurmuşdu.

Xatırladaq ki, iki gündür ölkədə “Vətən uğrunda Tavuş” yeni müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə itaətsizlik aksiyaları keçirilir. 

Ümumilikdə isə gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
news365.az

10Mənbələr