AZ

Slovakiyanın baş naziri Robert Fiko uğurla əməliyyat edilib

Sui-qəsd nəticəsində ağır yaralanan Slovakiyanın baş naziri Robert Fikonun uğurla əməliyyat edilib.

Editor.az bildirir ki, baş nazirin müavini Tomas Taraba deyib.

Əməliyyat dörd saata yaxın davam edib. Bundan sonra siyasətçi süni komaya salınıb və o bu, vəziyyətdə təxminən 24 saat qalacaq: “Bildiyim qədər, əməliyyat xoşbəxtlikdən uğurla keçib. Düşünürəm ki, o, yaşayacaq. Hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur”, – deyə Taraba BBC-yə bildirib. Onun sözlərinə görə, Fiko ağır yaralanıb. Güllələrdən biri mədədən keçib. Robert Fikoya sui-qəsd cəhdi mayın 15-də Bratislavadan 190 km aralıda yerləşən Gandlova şəhərində baş verib. Siyasətçi güllə yaraları ilə vertolyotla Banska Bystrica xəstəxanasına aparılıb. Hücum edən 71 yaşlı Juraj Tsintula sui-qəsdi siyasi səbəblərdən törətdiyini etiraf edib. Müxtəlif mənbələrə görə, həmin şəxs baş nazirə təxminən 5 dəfə atəş açıb. Hazırda o, saxlanılıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
20
editor.az

10Mənbələr