AZ

Alleqri rekorda imza atdı

style='margin-bottom:10px;'>

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri İtaliya kubokunda yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, onun komandası ötən gecə turnirin finalında "Atalanta"ya qalib gəlib. 

Beləliklə, Massimiliano Alleqri İtaliya kuboku tarixinin ən titullu məşqçisi olub. "Yuventus"un baş məşqçisinin hazırda turnirdə 5 qələbəsi var (2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2023/2024). O, hərəyə 4 kuboku olan Roberto Mançini və Sven-Göran Erikssonu qabaqlayıb.

Alleqri 2021-ci ilin mayından "Yuventus"a rəhbərlik edir. 56 yaşlı mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
teleqraf.com

1Mənbələr