AZ

Yunan Kiprində məscidə çirkin hücum

Yunan Kiprin Limassol şəhərində məscidə hücum olub. Şimali Kipr Türk Cümhuriyyəti sprey boya ilə hücuma sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, bu barədə KKTC Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Limassol şəhərindəki tarixi Alban məscidinin divarlarına yazılar yazılıb və məscidə ziyan dəyib.

Açıqlamada , "Bu istiqamətdəki hücumlar Güneydəki irqçi zehniyyətin, türk və İslam varlığına qarşı dözümsüzlüyün bariz təzahürüdür."

Hücumun səbəbkarlarının tez bir zamanda tapılıb cəzalandırılması və bu cür hücumların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi istənilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
turkustan.az

2Mənbələr