AZ

Azərbaycan Basketbol Liqası: Bu gün final seriyasının ilk oyunu keçiriləcək

Azərbaycan

Bakı, 16 may, AZƏRTAC

Bu gün basketbol üzrə Azərbaycan çempionatında final seriyasının ilk oyununa star veriləcək.

AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada “Sabah” və “Xəzri” komandaları üz-üzə gələcək. “Sərhədçi” İdman Mərkəzində reallaşacaq görüş saat 19:30-da başlayacaq.

Seriyanın ikinci qarşılaşması mayın 19-da, üçüncü oyunu isə 22-də olacaq. Final seriyasında qarşılıqlı qələbələr olarsa, 4-cü və 5-ci matçlara ehtiyac duyulacaq.

Qeyd edək ki, “Sabah” yarımfinalda “Xırdalan”ı, “Xəzri” isə “NTD-İndiqo”nu mübarizədən kənarlaşdırıb. Ötən gün 3-cü yer uğrunda ilk oyunda “NTD-İndiqo” “Xırdalan”ı 95:79 hesabı ilə məğlub edib. Bu komandaların ikinci dueli mayın 18-də olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
azertag.az

10Mənbələr