AZ

Krossdan etiraf: "Bayern"in qəzəbi haqlıdır

"Real"ın yarımmüdafiəçisi Toni Kroos maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, almaniyalı futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin "Bayern" ilə cavab matçının hakimlərini tənqid edib:

“Səhv qərar idi. Oyunun davam etməsinə icazə verməli idilər. Düşünürəm ki, səhv ilk növbədə laynsmandadır. Bayrağı qaldırırsa, deməli, əsas hakim onun hər şeyi gördüyünə inanır. Yəqin ki, üç metrlik ofsaydın olduğunu düşünüb. "Bayern"in qəzəbi haqlıdır. Çünki sadəcə anın sona qədər oynamasına icazə vermək lazım idi".

Qeyd edək ki, həmin görüşdə 2:1 hesabı ilə qalib gələn "Real" finala yüksəlib, lakin matçın sonunda Münhen klubunun müdafiəçisi De Liqtin qolu hesaba alınmayıb. Baş hakim Şimon Marçiniyak laynsmın bayrağını qaldırıldığını görüb və top qapı xəttini keçməzdən əvvəl fitini çalıb. Oyun qol vurulmamış dayandırıldığı üçün həmin anın təkrarına baxılmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
publika.az

1Mənbələr