AZ

Səudiyyə Ərəbistanı zəvvarlara 16 dil üzrə bələdçi təklif edir

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi hicri 1445-ci ilin Həcc mövsümü üçün nazirliyin kommunikasiya və maarifləndirmə tədbirləri çərçivəsində dünyanın bütün ölkələrindən olan zəvvarların ibadətlərini yerinə yetirmələrinə imkan yaratmaq məqsədi daşıyan maarifləndirmə təşəbbüsü başladıb.

Hafta.az-ın yazdığına görə, Həcc ziyarətini asan və sadə şəkildə zəvvarlara aid mövzular üzrə 15 ətraflı bələdçi hazırlayıb.

Nazirlik sosial media hesablarında yer alan açıqlamada qeyd edib ki, maarifləndirmə bələdçilərini aşağıdakı linkdən nazirliyin internet saytına daxil olaraq əldə etmək olar: https://guide.haj.gov.sa/

Nazirlik bildirib ki, bələdçilər zəvvarlar arasında ən çox istifadə olunan ərəb, ingilis, fransız və urdu da daxil olmaqla 16 beynəlxalq dil vasitəsilə zəvvarların suallarını cavablandırır. Sözügedən dillər bunlardır: ərəb, ingilis, fransız, urdu, benqal, indoneziya, hausa, amhar, fars, ispan, türk, rus, sinhal, özbək, malay.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin açıqlamasına görə, bu maarifləndirmə təlimatlarında sadələşdirilmiş dildə bütün şəriət, sağlamlıq, prosedur və təşkilati məlumat və göstərişlər, ətraflı şəkillər və portretlər, bir sıra maarifləndirici video və audiokliplərlə dinləmək olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
hafta.az

1Mənbələr