AZ

SƏRHƏDLƏ BAĞLI ERMƏNİSTAN VƏ AZƏRBAYCANIN İŞÇİ QRUPU BU QƏNAƏTƏ GƏLDİ Kİ...

Dünən mayın 15-də Ermənistan və Azərbaycan sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın 9-cu iclası keçirilib.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar. Bu barədə Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin ofislərinin bəyanatında deyilir. Eyni zamanda erməni mənbələri Kirants kəndi ərazisində 25 hektara yaxın kənd təsərrüfatı sahəsinin Ermənistan tərəfinə qaytarıldığını bildirir. Eyni zamanda, burada avtomobil  yolunun  Azərbaycan tərəfinə düşməsi ilə əlaqədar  Ermənistan tərəfində yeni yol çəkiləcək. Voskepar kəndi yaxınlığındakı kilsə və Voskepar və Baqanis arasındakı yol Ermənistan ərazisində qalacaq.

Beləliklə, Ermənistanın uzun illərdir özününkü hesab etdiyi ərazilər Azərbaycana-əzəli məkanına qaytarılır. Və gec də olsa Ermənistan hakimiyyəti başa düşməkdədir ki, tarixən qonşu olmaqla Azərbaycan torpaqları üzərində qurulmuş bir ölkə Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamalıdır. Bunun isə alternativi yoxdur...

A.Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
tezadlar.az

1Mənbələr