AZ

"Evdə soğan-sarımsaq günü edirik"

Türkiyəli aktrisa Tuba Ünsal son açıqlaması ilə gündəm olub.

Axşam.az xəbər verir ki, aktrisa sağlamlıq sirrini bölüşüb.

"Uzun illərdir ki, antibiotiklərin, ağrıkəsicilərin nə olduğunu bilmirəm. Əvəzində soğan və sarımsaq yeyirəm. Sadəcə çəkiliş olan günlərdə yemirəm. Evdə uşaqlarla birlikdə olanda onları ürəkləndirirəm və birlikdə soğan-sarımsaq günü keçirirəm" deyə, Tuba bildirib.

Qeyd edək ki, aktrisa hazırda "Mehmed fetihler sultanı" serialında rol alır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
3
big.az

5Mənbələr