AZ

Slovakiyanın güllələnən baş nazirinin vəziyyəti açıqlandı

Slovakiya baş naziri Robert Fitsonun vəziyyəti stabil olaraq qiymətləndirilir.

 

Bu barədə ətraf mühitin mühafizəsi nazirinin müavini Filipp Kuffa sosial şəbəkə hesabında açıqlama verib.

 

"Son məlumata görə, Baş nazir Robert Fitsonun vəziyyəti stabildir", - o qeyd edib.

 

Bundan əvvəl Slovakiya KİV-də onun həyati təhlükəsininin davam etdiyi açıqlanmışdı.

 

Xatırladaq ki, dünən Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfə atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.

 

Robert Fitsoya sui-qəsd edən şəxs saxlanılıb. Onun 71 yaşlı yazıçı Yuray Çintula olduğu müəyyən edilib.

Tarix: 16 May 2024, 10:20   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
38
pravda.az

10Mənbələr