AZ

Lənkəranda 2 aydır itkin düşən qadının necə öldürüldüyü məlum olub

Bakı. Trend:

Lənkəran rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarınınbirgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüşCəlilabad rayon sakini, 2002-ci il təvəllüdlü Könül Ağayevanınqəsdən öldürülməsi müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlərNazirliyinin birgə məlumat yayıb.

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarıştədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakiniElvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisindəyerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi,növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı XəyalSəmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdiyaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələrmüəyyən edilib.

Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraqprokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrəzəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyattədbirləri davam etdirilir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraqistintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxsqismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərinaxtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması,cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlbolunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindənmütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
44
az.trend.az

10Mənbələr