AZ

Sahibə Qafarova İsveçrə Konfederasiyasına səfərə gedib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentnümayəndə heyəti mayın 15-də İsveçrə Konfederasiyasının Cenevrəşəhərinə işgüzar səfərə gedib.

Parlamentdən Trend-ə verilən məlumata görə, Cenevrə Beynəlxalq HavaLimanında nümayəndə heyətini Azərbaycanın İsveçrədəki Səfiri Fuadİsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalqtəşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilovvə digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində MilliMəclisin spikeri Parlament Sədrlərinin 6-cı Dünya KonfransınınTəşkilat Komitəsinin 1-ci iclasında iştirak edəcək, Qadın ParlamentSədrlərinin Sammitinə hazırlıq məqsədilə qadın parlament sədrləriilə görüşəcək.

Nümayəndə heyətinə deputatlar Elnur Allahverdiyev, SoltanMəmmədov və digər rəsmi şəxslər daxildirlər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
14
az.trend.az

10Mənbələr