AZ

Aprelin “Ulduz”u

“Ulduz” ədəbi-bədii jurnalının aprel sayı işıq üzü görüb. Bu sayda da oxucular bir sıra maraqlı yazılarla tanış ola bilərlər.

Toplu yazıçı Xanım Anelanın “Özüylə söhbəti...” və “Müəmmalı” adlı hekayəsi ilə açılır. “Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əh­mədli “Üç hekayəyə bir baxış” yazısını təqdim edir. Ardınca Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətilə “Ulduz” jur­nalı ilə Ədəbiyyat Fondunun birgə keçir­diyi hekayə müsabiqəsi qaliblərinin əsər­ləri bu sayda yer alır. Cavid Babayevin, Orxan Cuvarlının və Xanbala Mahmudo­vun debüt hekayələri maraq doğurur və sözügedən müsabiqənin nəticələrinin, həqiqətən də, sırf obyektiv olduğu qənaə­tini gücləndirir. Ayrıca “Debüt”də isə Ay­nur Ədilin “Cavabsız məktublar”ı diqqət çəkir. 

“Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Va­sif Əlihüseyn, Elnur İrəvanlı, Elman İs­gəndər təqdim olunur. “Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli, Xatirə Salahzadə­nin hekayələrini oxuya bilərsiniz. “Qısa fikirlər xəzinəsi”ndə ənənəvi olaraq düha­ların “sərvət”i toplanıb. 

Jurnalın “Tərcümə saatı” Fərid Hü­seynin çevirməsində iraqlı şair Əli Əl–Şəlahın “Mən günbatana boylanan ada­mam” şeiri ilə başlanır və digər əsərləri ilə davam edir. “Müsahibə” rubrikası Gü­nel Natiqin təqdimatında “SSS: Seyran Səxavətlə söhbət”i oxucularla bölüşür. “Tribuna” isə Təranə Dəmirə və Ramiz Göyüşə verilib. Onlar “Əli Bəy Azəridən və İbrahim İlyaslıdan bəhs edirlər.

“Esse” rubrikasında Sadiq Qarayev “Düzülüş və mövcudluq” barədə düşün­cələrini bölüşür. Eyni zamanda, Zülfiyyə Ziya şair Əli Nəcəfxanlı haqqında “Ələm­dən nəşəyə” adlı yazısını təqdim edib. 

Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Adiliyin poeziyası və ya poe­tik düşüncənin bənzərsiziliyi” yazısında unudulmaz xanım-şair Fərqanə Mehdiye­vanın yaradıcılığından söz açır. “Dərgidə kitab”da isə şeirləriylə Xəyal Rzadır. 

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
xalqqazeti.az

1Mənbələr