AZ

Yaponiyadan ABŞ-a atom bombası reaksiyası

Yaponiyanın xarici işlər naziri Kamikava Yoko açıqlamasında ölkəsinin İsrailə silah tədarük etmək ehtiyacı ilə bağlı həftə sonu Qrehemin müqayisəsini qəbuledilməz hesab etdiyini bildirib.

Ednews sozcu.com-a istinadən xəbər verir ki,  Nazir Kamikava, "Yaxın Şərqdəki mövcud vəziyyəti nəzərə alaraq, Xirosima və Naqasakiyə atılan atom bombalarını nümunə götürən bir müzakirənin aparılması qətiyyən qəbuledilməzdir" dedi.

Qrahamın qiymətləndirməsini bəşəriyyətin ruhu ilə bir araya sığmayan və olduqca təəssüfləndirici kimi qiymətləndirən yapon nazir Xirosima və Naqasaki faciələrinin heç vaxt təkrarlanmamalı olduğunu vurğulayaraq, ölkəsinin nüvə silahlarının dağıdıcı reallığının düzgün dərk edilməsinə yardım etməyi hədəflədiyini bildirib.

ABŞ-ın respublikaçı senatoru Lindsey Graham NBC telekanalında yayımlanan "Meet the Press" proqramında İsrailin Qəzzaya hücumlarından danışıb.

ABŞ prezidenti Co Bayden mayın 9-da verdiyi açıqlamada, İsrailin Rəfaha böyük bir hücum edəcəyi təqdirdə ona silah yardımını dayandıracağını bildirmiş və Baydenin bəyanatına həm ABŞ-da Respublikaçılar Partiyası, həm də İsrail tərəfindən reaksiya verilmişdir.

 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
ednews.net

1Mənbələr