AZ

Mərkəzi Bank vətəndaşları maliyyə sektorunda fırıldaqçılıqdan qorumaq üçün işlər görür - Xəyalə Məmmədova

Bakı. Trend:

Mərkəzi Bank vətəndaşları maliyyə sektorunda fırıldaqçılıqdanqorumaq üçün işlər görür.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Summit 2024”çərçivəsində keçirilən panel iclası zamanı Mərkəzi Bankın başmütəxəssisi Xəyalə Məmmədova deyib.

“Texnoloji inkişaf baş verdikcə fırıldaqçılıq ssenariləritəkmilləşir, fırıldaqçılıq variantları artır. Biz də maliyyəsektorunda kibertəhlükəsizliyin təmin edilməsi üçün bir çox işlərgörməyi planlaşdırırıq”, - deyə o bildirib.

X.Məmmədovanın sözlərinə görə, maliyyə sektorundakibertəhlükəsizlik üzrə hesabatların aparılmasınıntəkmilləşdirilməsi üzrə də işlər görülür.

“Bununla bağlı müəyyən datalar toplanacaq, analiz ediləcək vəhesabat nümunələri təkmilləşdiriləcək”, - deyə baş mütəxəssisbildirib.

O qeyd edib ki, beynəlxalq təcrübə onu göstərir ki, texnologiyainkişaf etdikcə kibertəhlükələrin və təhdidlərin sayı artır.

“Biz, öz növbəmizdə, əlimizdən gələni edirik ki, vətəndaşlarıbunlardan qoruyaq. Buraya, həmçinin, vətəndaşlarınmaarifləndirilməsi də daxildir. Vətəndaşların bu istiqamətdəsavadlılığının artırılması, əməliyyatlarda məsuliyyətli olmasıönəmlidir”, - deyə Məmmədova əlavə edib.

Qeyd edək ki, 15-16 may Bakıda “Fintex Summit 2024” keçirilir.Sammit çərçivəsində finteks sahəsinin inkişafı, kibertəhdidlər vəonların qarşısının alınması, rəqəmsallaşma prosesləri, ödənişlərsənayesinin gələcəyi, süni intellektin tətbiq edilməsi, nağdsızödənişlərin inkişafı, regionda finteks sahəsinin inkişafı vərəqəmsal valyutalar sahəsində proseslər müzakirə edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
5
az.trend.az

6Mənbələr