AZ

“Robert Fitsonun həyatı hələ də təhlükə altındadır” – KİV


Slovakiya Baş naziri Robert Fitsonun həyatı sui-qəsd cəhdindən və bir neçə saatlıq çətin əməliyyatdan sonra hələ də təhlükə altındadır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Markiza telekanalı xəstəxanadakı etibarlı mənbəyə istinadla məlumat yayıb.
Qeyd olunub ki, baş nazirin səhhəti ilə bağlı rəsmi məlumat az olsa da, həkimlərin bir neçə saat onun həyatı üçün mübarizə apardığı məlum olub.
Məlumata görə, yaralar ağır kimi qiymətləndilrilib və güllələrdən biri mədəsindən keçib, digəri isə oynağına dəyib.
Buna baxmayaraq, baş nazirin müavini və ətraf mühit naziri Tomaş Taraba əməliyyatın uğurla keçdiyini bildirib.
Baş nazirin əməliyyat olunduğu “Banska Bystrica” xəstəxanasının qarşısında hələ də polis lenti var və polis patrulları xidmət göstərir.
Qeyd edək ki, dünən Slovakiyada Nazirlər Kabinetinin iclasından sonra silahlı insident baş verib. İnsident nəticəsində ölkənin Baş naziri Robert Fitso yaralanıb. Cinayətkar Fitsoya Qandlova şəhərində hücum edib. Şahidlərin sözlərinə görə, baş nazir hökumətin iclasından sonra yerli sakinlərə yaxınlaşıb, ondan sonra bir neçə atəş səsi eşidilib. Polis hücumdan dərhal sonra şübhəli şəxsi saxlayıb. Yaralı baş nazir helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.
Baş nazirin həyatına sui-qəsd cəhdinin Levitsa şəhərindən olan yazıçı Yuray Tsintula tərəfindən edildiyi bildirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
5
yeniavaz.com

5Mənbələr