AZ

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndində YERLƏŞDİRİLƏCƏK

Hər iki tərəfin sərhədçiləri yaxın 8-9 gün ərzində razılaşdırılmış Azərbaycan-Ermənistan sərhədinə yerləşdirəcəklər.

Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Emənistan Baş nazir Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlayıb.

Qeyd olunub ki, Kirantsda (Tavuş bölgəsi) indi bütün sərhəd sütunları quraşdırılmayıb, bəzi koordinatlar kompüter vasitəsilə müəyyən edildiyi üçün sütunlar orada sonra quraşdırılacaq:

"Son 33 ildə Kirants üçün əlçatmaz olan təxminən 25 hektar kənd təsərrüfatı sahəsi kəndə qaytarılacaq. Sərhəd təsviri 1976-cı il xəritəsində göründüyü kimidir. Hər iki tərəfin sərhədçiləri razılaşdırılmış sərhəddə növbəti 8-9 gün ərzində dayanacaqlar”.
Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
19
bizim.media

10Mənbələr