“Google”, “Android 15″in ikinci beta versiyasını buraxdı və bununla da çox gözlənilən “Android” versiyasına daxil ediləcək yeni bir xüsusiyyət ortaya qoydu.

İndex.az xəbər verir ki, “Android 15″də yeni funksiyaya telefonunuzun qəfildən əlinizdən alındığı anı aşkar edəcək.

“Anti-Theft Lock” adlanan funksiya, kiminsə telefonunuzu əlinizdən və ya qarşınızdakı masadan götürdüyünü göstərən qeyri-adi hərəkətləri aşkarlaya biləcək.

Oğrunun cihazınızdakı məlumatlara daxil olmasının qarşısını almaq üçün telefonunuzun qəfil sizdən alındığı aşkar edildikdə ekran avtomatik olaraq kilidlənəcək. Sistem həmçinin zərərli niyyəti göstərən digər siqnalları da axtaracaq və kimsə uzaqdan girişin qarşısını almaq üçün telefonu şəbəkədən ayırmağa cəhd edərsə, qorunmaq üçün ekranı kilidləyəcək.