AZ

Şimali Kiprdə Azərbaycan Mədəniyyət Mərkəzi

Mayın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib.

Tədbirdə ŞKTC-nın Pre­zidenti Ersin Tatar, Baş nazir Ünal Üstəl, parlamentlərarası əlaqələr üzrə Azərbaycan–ŞKTC və Türkiyə–ŞKTC işçi qruplarının üzvləri, Azərbay­can Respublikasının Diaspor­la İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyət nü­mayəndələri iştirak ediblər.

Parlamentlərarası əlaqələr üzrə Azərbaycan-ŞKTC işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Azərbaycan tərəfinin ŞKTC ilə əlaqələrin, o cüm­lədən, mədəniyyət və təhsil sahələrində inkişafına hazır olduğunu bildirib.

Prezident Ersin Tatar İlham Əliyevin türk xalqlarının yaxınlaşmasına yönəlmiş si­yasətini yüksək qiymətləndi­rib, Bakı ilə dialoqun inkişafı­na hazır olduğunu vurğulayıb.

Sonra ümummilli lider Heydər Əliyevin büstünün açı­lışı olub.

Tədbir iştirakçıları mərkə­zin açılışı şərəfinə qırmızı lenti kəsiblər.

Daha sonra “Türkiyə–Azərbaycan–ŞKTC əlaqələ­rinin gələcəyi” mövzusunda konfrans keçirilib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
xalqqazeti.az

1Mənbələr