AZ

Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər naziri Bakı Kommünikesini qəbul ediblər

Bakı. Trend:

Xəbər verildiyi kimi, mayın 13-də Tuvalunun general-qubernatoruFalani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi OfaKi Vahafolau və Baham Adaları Birliyinin xarici işlər naziri MitçelFrederik Audley qlobal iqlim məsələlərini, o cümlədən hər üçölkənin COP29-la bağlı prioritetlərini müzakirə etmək məqsədiləAzərbaycanda səfərdə olublar. Prezident İlham Əliyev tərəfindənqəbul edilən nümayəndə heyəti Azərbaycanı COP29 Sədrliyimünasibətilə təbrik edərək, bu şərəfli və məsuliyyətli vəzifədəölkəmizin səylərini dəstəklədiklərini bildiriblər.

Trend xəbər verir ki, coğrafi yerləşməsinə görə iqlimdəyişikliyinin təsirinə ən çox məruz qalan ölkələr sırasında olanüç dövlətin rəsmiləri görüşdən sonra Bakı Kommünikesini qəbulediblər.

Kommünikedə COP29 Sədrliyi çərçivəsində inkişaf etməkdə olankiçik ada dövlətlərinin üzləşdiyi problemlərə göstərilən diqqətəgörə Prezident İlham Əliyevə təşəkkür bildirilir, COP29-uninklüziv, şəffaf və neytral platforma olacağına əminlik ifadəedilir.

İqlim dəyişikliyinin qaçılmaz təsirlərinin insanların yaşayışı,təhlükəsizliyi və rifahı üçün Dayanıqlı İnkişaf Məqsədlərinin,BMT-nin İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının və Parissazişinin məqsədlərinin həyata keçirilməsinə birbaşa təhdid olduğubildirilir.

İqlim davamlılığının artırılması məqsədilə sülhün, yardımın vəbərpanın gücləndirilməsinin vacibliyi vurğulanaraq, bu məsələlərəAzərbaycanın inklüziv yanaşması alqışlanır.

Kommünikedə, həmçinin qlobal istiləşmə fonunda ekzistensialtəhlükəsi getdikcə artan kiçik ada dövlətləri ilə COP29çərçivəsində aparılan əməkdaşlıq və dialoq təqdir olunaraq, iqlimdəyişikliyinə qarşı dayanıqlılığın artırılması, təcili qlobaltədbirlərin görülməsi və həmrəyliyin gücləndirilməsinə çağırışedilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
13
az.trend.az

10Mənbələr