AZ

“COP29 – BEA enerji keçidi yüksək səviyyəli dialoq”

Parisdə Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “COP29 – BEA enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfrans keçirilib.

Toplantıda müxtəlif ölkələrin aidiyyə­ti nazirləri, COP26, COP27, COP28 və COP29-un prezidentləri, beynəlxalq təş­kilatların rəhbərləri, Fransada akkreditə olunmuş müxtəlif ölkələrin səfirləri iştirak ediblər.

Azərbaycanın ekologiya və təbii sər­vətlər naziri, COP29-un müəyyən olun­muş prezidenti Muxtar Babayev və Bey­nəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol konfransa həmsədrlik ediblər. 

Fatih Birol konfransı açaraq tədbirin əhəmiyyətindən danışıb. Muxtar Babayev BEA-nın təşkil etdiyi Zirvə toplantısında Afrika ölkələri üçün təmiz yemək hazırla­maq təşəbbüsünü dəstəkləyən ölkələrə təşəkkür edib. Bildirib ki, 2024-cü ilin Af­rikada təmiz yemək bişirmək üçün dönüş nöqtəsinə çevrilməsinə verilən töhfələr əhəmiyyətlidir. Azərbaycan bu uğuru möh­kəmləndirməyə və COP29-da bu səyləri davam etdirməyə sadiqdir. Beynəlxalq müqavilələri milli fəaliyyətə çevirdikcə Beynəlxalq Enerji Agentliyi kimi tərəfdaş agentliklərin dəstəyinə ehtiyac olacaq.

COP29-un prezidenti diqqətə çatdırıb ki, COP29 sədrliyi ambisiyaları artırmaq və hərəkətə keçmək üçün planının iki is­tiqamətini ötən ay Berlində təqdim edib. Bu iki istiqamət qarşılıqlı olaraq bir-birini möhkəmləndirir. Hər bir ölkə qlobal is­tiləşmənin 1,5 dərəcəyədək məhdudlaş­dırılması məqsədinə çatmaq üçün ehtiyac olan maliyyələşməni müəyyənləşdirərək milli planlarını tərtib etməlidir. Milli plan­ların düzgün siqnallar verməsinə əmin olmaq üçün onların iddialı və həyata ke­çirilə bilən olması mütləqdir. Milli planlar möhkəm təməllərə əsaslanmalı və milli inkişaf strategiyası çərçivəsində qurulma­lıdır. Milli planlar dəstəyi istiqamətləndir­mək üçün investisiya portfeli kimi xidmət etməli və şəffaflıqla müşayiət olunmalıdır.

Konfransda 40 nəfər çıxış edərək iq­lim dəyişikliyi, yaşıl enerjiyə keçid ilə bağ­lı fikir və təkliflərini səsləndirib. Tədbirdə Azərbaycanın bərpaolunan enerji mən­bələri üzrə yüksək potensiala malik ölkə olduğu vurğulanıb.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
xalqqazeti.az

1Mənbələr