AZ

Ceyhun Bayramovun belaruslu həmkarı ilə görüşü

Xarici İşlər naziri Ceyhun Bayramov mayın 15-də ölkəmizdə səfərdə olan Belarusun Xarici İşlər naziri Sergey Aleynik ilə görüşüb. 

Ceyhun Bayramov və həmkarı Ser­gey Aleynik arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayən­də heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. 

Görüşdə Azərbaycan və Belarus ara­sında mövcud strateji tərəfdaşlıq müna­sibətlərindən irəli gələn məsələlər, Bela­rus Prezidentinin ölkəmizə planlaşdırılan dövlət səfərinə hazırlıq məsələləri, ha­belə regional vəziyyət müzakirə olunub. 

Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, ticarət, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat, turizm, əczaçılıq, yüksək tex­nologiyalar, humanitar və sair istiqamət­lər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gün­dəliyinin formalaşmasını məmnunluqla qeyd ediblər. 

İki ölkənin liderləri arasında intensiv təmasların mövcud siyasi dialoqun inki­şafında müstəsna rolundan bəhs edən C.Bayramov Belarus Prezidentinin ölkə­mizə dövlət səfərinin, habelə səfər çərçi­vəsində müxtəlif sahələr üzrə sənədlərin imzalanacağının əhəmiyyət kəsb etdiyini bildirib. 

***

Suriyanın münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 vətəndaşımızın Azərbaycan Respubli­kasının Hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində mayın 14-də ölkəmizə re­patriasiyası həyata keçirilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat Xid­məti İdarəsindən bildirilib ki, Azərbaycan Hökuməti tərəfindən xarici ölkələrin əra­zisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarımızın repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək. 

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
xalqqazeti.az

1Mənbələr