AZ

Bakıda maşın evin hasarına çırpılıb, ölən və yaralananlar var

Bakıda sürücü idarəetməni itirib evin hasarına çırpılıb, ölən və yaralananlar var.

E-huquq.az-ın məlumatına görə hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Firuz idarə "Mercedens Benz C 320" markalı avtomobillə Goradil qəsəbəsi, Bağlar yaşayış massivində hərəkətdə olarkən idarə etməni itirib yol kənarında yerləşən fərdi yaşayış evinin daş hasarına çırpılıb.

Nəticədə avtomobildə ön oturacaqda əyləşmiş sərnişin 2002-ci il təvəllüdlü Həsənov Tofiq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü Məmmədov Firuz da daxil olmaqla avtomobildə olan digər sərnişinlər 1998-ci il təvəllüdlü Piriyev Orxan və 1996-cı il təvəllüdlü Aslanov Allahverdi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
e-huquq.az

10Mənbələr