AZ

Ərdəbil prokuroru sahibkarları təhdid etdi- Cəzalandırılacaqlar

Ərdəbil

Qanundan kənar istənilən tətil cürmdür və onlara qarşı ciddi tədbirlər görüləcək.

Gunaz.tv

Bunu Ərdəbil əyalətinin prokuroru Calal Afaqi Ərdəbil bazarında qızıl alverçilərinin tətil aksiyasına münasibət bildirərkən deyib.

O, tətilin vətəndaşlar arasında çaşqınlıq yaratdıını və bunun cəmiyyətin psixoloji təhlükəsizliyinin pozulmasına səbəb olduğunu iddia edib.

Afaqi Sənaye, Mədən və Ticarət Nazirliyinə müraciət edərək, tətil edən mağazaların işə başlamamaları təqdirdə onların fəaliyyət icazələrini həmişəlik ləğv etməyə çağırıb.

Qeyd edək ki, mayın 1-dən Təbrizin qızıl bazarında başlayan tətil hakimiyyət və parlamentin qızl alverçilərindən daha çox vergi almaq cəhdinə etiraz olaraq başlayıb

Təbrizli qızıl alverçilərinin tətilindən sonra Urmiya, Ərdəbil, Tehran, Yəzd, İsfahan, Məşhəd, Zəncan və başqa bir neçə şəhərdfə də qızıl mağazaları tətil elan edib.

Bundan sonra bir neçə şəhərdə, o cümlədən Ərdəbil şəhərinin bazarında tətil edən çox sayda qızıl mağazasının fəaliyyəti qadağan edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
xalqcebhesi.az

2Mənbələr