AZ

“Unibank”a yenidən maya qoyulması müzakirə ediləcək

 27 iyun 2024-cü il tarixində “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin İllik Ümumi Yığıncağı keçiriləcək. 

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarının təsdiqi;

2. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin 2023-cü il üzrə investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiqi;

3. Kapitallaşma ilə əlaqəli məsələlər;

4. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin yeni korporativ sənədlərinin/aktlarının qəbulu, mövcud korporativ sənədlərində/ aktlarında dəyişikliklər edilməsi və bununla bağlı əlaqəli məsələlər.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Qeyd edək ki, hazırda "Unibank" 138 milyon 200 min manat nizamnamə kapitalına malikdir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
marja.az

2Mənbələr