AZ

Google-un MDB-də Android tərəfdaşlığının rəhbəri: Azərbaycan yaşayış səviyyəsinə görə Mərkəzi Asiya ölkələri arasında seçilir

Azərbaycan yaşayış səviyyəsinə görə Mərkəzi Asiya ölkələri arasında seçilir və bu regionda ən dinamik inkişaf edən rəqəmsal bazara malikdir.

"APA-Economics" xəbər verir ki, bunu “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda keçirilən sayca ikinci “GSMA M360 Eurasia” konfransında Google-un MDB ölkələri üzrə Android tərəfdaşlığının rəhbəri Polina Çernikova deyib. O, Azərbaycan istehlakçılarının innovasiyalara və rəqəmsal məhsullara böyük maraq göstərdiyini vurğulayıb.

P. Çernikova həmçinin GSM Assosiasiyasının təşkil etdiyi M360 konfransının keçirilmə yeri kimi Azərbaycanın seçilməsinin əhəmiyyətini qeyd edərək, rəqəmsallaşmada telekommunikasiya operatorları ilə uğurlu qarşılıqlı əlaqənin olduğunu vurğulayıb. “Keçən il Bakıda keçirilən konfrans məndə çox xoş təəssüratlar yaratdı. Tədbirdən dərhal sonra təşkilatçılarla əlaqə saxladım və gələn il konfransda iştirakda maraqlı olduğumu bildirdim”, - deyə xanım Çernikova əlavə edib.

Qeyd edək ki, bu il Google-un nümayəndəsi generativ süni intellektin roluna həsr olunmuş panel sessiyasında iştirak edib.

Polina Çernikova öz çıxışında süni intellektin dövrümüzün əsas tendensiyası kimi rolunu müzakirə edib və bu texnologiyaya əsaslanan, konfrans iştirakçılarının biznes inkişafına təkan verə biləcək Google məhsullarından nümunələr verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
apa.az

2Mənbələr