AZ

Hərbçimiz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Sənan Kərəm oğlu vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Onun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etdiyi bildirilir.

"Xidmətdən kənarda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - açıqlamada deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
49
sitat.info

10Mənbələr