AZ

Putin Çində səfərdədir


Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının paytaxtı Pekinə səfər edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu, Rusiya dövlət başçısının yenidən seçilib vəzifəyə başlamasından sonra ilk xarici səfəridir.
Agentliyin məluatına görə, Putinin Çinə səfəri dövlət səfəridir və diplomatik protokola əsasən, dövlət statusu xarici səfərlər dərəcəsində ən yüksəkdir.
Çinə səfər iki mərhələdə baş tutacaq. Rusiya Prezidenti səfər çərçivəsində Pekində və Harbində olacaq.
Pekində Putin həmkarı Si Cinpinlə görüşəcək. Liderlər dar və geniş formatda tammiqyaslı danışıqlar aparacaq, eləcə də qeyri-rəsmi şəkildə üzbəüz ünsiyyət quracaqlar.
Rusiya dövlət başçısını beş baş nazirin müavini ilə yanaşı, iqtisadi, diplomatik və təhlükəsizlik idarələrinin, həmçinin Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət, Rusiya Dəmir Yolları, Rosatom və Roskosmos idarələririnin rəhbərləri müşayiət edir.
Bundan başqa, Putinlə birlikdə Çinə Rusiyanın 20 vilayətinin rəhbərliyi də səfər edib.
Qeyd olunur ki, ikitərəfli danışıqlar zamanı diqqətin qarşılıqlı ticari-iqtisadi fəaliyyətin inkişafına və genişləndirilməsinə yönəldilməsi planlaşdırılır. Bu görüşdə Putin və Si Cinpin ən aktual siyasi və regional məsələlərə də toxunacaqlar. Bununla belə, Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun sözlərinə görə, Pekin görüşünün ən mühüm hissəsi bağlı qapılar arxasında qeyri-rəsmi şəraitdə baş tutacaq. “Bir üstəgəl dörd” formatında hər iki ölkənin liderləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Putinin ÇXR-ə dövlət səfərinin ikinci mərhələsi Heyluntszyan əyalətinin inzibati mərkəzi olan Harbin şəhərinə səfərdir. Orada Putin VIII Rusiya-Çin Ekspo və IV Rusiya-Çin Regionlararası Əməkdaşlıq Forumunun açılış mərasimində iştirak edəcək, Harbin Politexnik Universitetinin tələbələri və müəllimləri ilə görüşəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
yeniavaz.com

10Mənbələr