AZ

Azərbaycan neokolonializmə qarşı mübarizənin önündə

“Azərbaycanın dekolonizasiya istiqamətində son illər atdığı addımlar müstəm­ləkəçilikdən azad olmağa çalışan xalqların, müstəqillik əldə etdikdən sonra neokolonializmdən əziyyət çəkən dövlətlərin, Fransanın dənizaşırı ərazilərinin azadlıq mübarizəsində böyük inam yaradıb”.

Azərbaycan Prezidenti Administrasi­yasının Xarici siyasət məsələləri şöbə­sinin əməkdaşı Fərid Soltanov BMT-ninMüstəmləkə altında olan ölkələr və xalq­lara müstəqillik verilməsi haqqında bə­yannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün regional toplantı­sında bu açıqlamaşının davamında ölkə­mizin 2019–2023-cü illərdə sədrlik etdiyi, hazırda isə “Troyka”nın üzvü olduğu Qo­şulmama Hərəkatında fəal iştirakından və verdiyi töhfələrdən söz açıb.

Azərbaycan təmsilçisi bildirib ki, ölkə­mizin QH-yə sədrliyi dövründə dünya ictimaiyyətini məcburi assimilyasiyaya aparan belə bir iyrənc, xüsusilə də Fran­sanın dənizaşırı regionlarında neoko­lonializm təcrübəsinə göz yummamağa çağırdı və neokolonializmə qarşı yeni bir dalğa başlatdı. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görü­şü çərçivəsində 2023-cü il 6 iyulda Bakı­da “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda beynəlxalq konfrans təşkil edildi: “Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq kürsülərdə bu mövzunu mütəmadi olaraq qaldırması keçmişdə və hazırda müstəmləkə şərai­tində yaşayan xalqlar tərəfindən rəğbətlə qarşılanıb”.

F.Soltanov xatırladıb ki, QH-nin Bakı­da keçirilən nazirlər görüşü çərçivəsində iştirakçıların təklifi ilə Bakı Təşəbbüs Qru­pu (BTQ) adlı beynəlxalq QHT yaradılıb: “10 ay ərzində BTQ 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Azərbaycan Prezi­dentinin BTQ-nin 2023-cü ilin oktyabr və noyabr aylarında “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsiz­lik” və “Dekolonizasiya: Qadınların güc­ləndirilməsi və inkişaf” mövzularında konfransların iştirakçılarına ünvanladığı müraciətlər BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb.

Azərbaycan rəsmisi C24 Komitəsini, o cümlədən Komitəyə üzv ölkələri koloni­alizm və neokolonializmə qarşı mübarizə­də Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığa dəvət edib. Qeyd edək ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə C24-ün icla­sında iştirak edib.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
xalqqazeti.az

1Mənbələr