AZ

"Azəriqaz"ın gizli sayğac oyunu: "SMART tipli sayğacların bloklanmasına tapşırıq verilib" - Komitə sədri Dövlət Xidmətinə səsləndi

"Qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı qaydalar var. Bu qayda və standartlara əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, Birliyin Metrologiya Departamentinə təqdim edilir".

Mia.az xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

"Ancaq daxil olan məlumata görə, hazirda "Azəriqaz" İB-nin Hacıqabul Xidmət Sahəsində bir neçə günə şəhər mərkəzində nə qədər SMART tipli sayğac var, hamısının bloklanması barədə tapşırıq verilib. Bu sayğaclar 2017-də quraşdırılan Smart tipli sayğaclardır. Haziırda Xidmət Sahəsinə Gəncə Cihazqayırma istehsalı olan mexaniki tipli  sayğacların gətirildiyi bildirilir. Məsələ gizlin saxlanılır ki, insanlar indidən sayğaca pul yükləsinlər. Yəni qışa saxlamasınlar. Smart Zenner markalı sağaclar isə dəyişdirilmir,  guya beş ilini tamamlamayıb".

Samir Musayev

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
2
mia.az

3Mənbələr